2 3 həftəyə ABŞ a neft ixrac edə bilərik Novak

15.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın neft şirkətləri ABŞ-a dizel yanacağının tədarük etməyə hazırdır.

Axar.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bu barədə Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, bunun üçün müqavilə imzalanmalı, yanacaq gəmiyə yüklənməli, gəmi icarəyə götürülməli və məhsul istehlakçıya çatdırılmalıdır.

“Bütün bu proses 2-3 həftə çəkir. Buna görə də razılaşmalar daha tez imzalanmalıdır. Müqavilələr imzalandıqdan sonra ilk tədarüklər ən tez 2-3 həftə ərzində həyata keçirilə bilər”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью