2 3 il sonra fərqli qiymətləndirmə üsulları tətbiq ediləcək Ekspert

26.11.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şagird biliklərinin qiymətləndirilməsində müvafiq üsullardan istifadə olunmalıdır. Həm fənn kurikulumlarından, həm də şagirdlərin əldə etdikləri bilik və bacarıqları hansı səviyyədə mənimsədiklərini yoxlamaq vacibdir. Amma yeni qiymətləndirmə üsulu ilə. Buna ehtiyac var, təkcə bizdə deyil, dünyanın istənilən ölkələrində müxtəlif üsullarla qiymətləndirmələr həyata keçirilir”.

Bunu 525.az-a təhsil ekspert Elçin Əfəndi deyib. O bildirib ki, mövcud qaydalara əsasən iki yarımildə hər fəndən 6 dəfə summativ qiymətləndirmə aparılır. Bu, həm şagirdlər, həm də müəllimlər üçün çətinlik yaradır. Ona görə də həm formal qiymətləndirmələri, həm də summativ qiymətləndirmələri tam fərqli üsullarla keçirilməlidir:

“Fikrimcə, 2-3 il sonra fərqli qiymətləndirmə üsulları tətbiq ediləcək”.

Sevinc Qarayeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью