2 700 dollar qazandı, 135 dollar vergi ödəməlidir Səbəb

02.09.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici şirkətdə payı olan və dividend gəliri əldə edən Azərbaycan rezidenti həmin gəlirdən 5 faiz vergi ödəməlidir.

Milli.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dividend hüquqi şəxsin xalis mənfəətinin təsisçilər, payçılar və ya səhmdarlar arasında bölüşdürülməsi zamanı onlara ödənilən pul və ya digər vəsait hesab olunur.

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-rezident müəssisənin ödədiyi dividenddən 5 faiz dərəcəsi ilə vergi tutulur.

Bu səbəbdən xarici şirkətin səhmdarı olan və həmin şirkətdən dividend əldə edən Azərbaycan rezidenti vergi orqanında uçota durmalı və VÖEN almalıdır.

Məsələn, xarici şirkət 2026-cı ilin ilk yarısında formalaşan bölüşdürülməmiş mənfəətini səhmdarlar arasında bölüşdürərək Azərbaycan rezidentinə təxminən 2 700 ABŞ dolları ödəyərsə, həmin şəxs əldə etdiyi gəlirdən 5 faiz, yəni təqribən 135 dollar vergi hesablamalıdır.

Vergi ödəyicisi hesabladığı vergini növbəti ilin martın 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi" ilə vergi orqanına təqdim etməli və həmin məbləği dövlət büdcəsinə ödəməlidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью