2 aktrisa saxlanıldı

25.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar.

Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları “Sülh üçün Yəhudi Səsi” hərəkatının icazəsiz aksiyasının keçirildiyi ərazidən uzaqlaşdırıblar. Aksiya zamanı nümayiş etdirilən plakatlar arasında “İsraili silahla təmin etməyə son qoyun” çağırışı da olub.

Qeyd edək ki, Sarandon 2018-ci ildə də etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb. Həmin vaxt amerikalı aktrisa Vaşinqtonda ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı keçirilən mitinqdə həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью