Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk 2 ayı ərzində (yanvar-fevral) Azərbaycandan 26 milyon 556 min dollar dəyərində 22 min 314 ton pomidor ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 26 milyon 721 min dollar dəyətində 22 min 739 ton pomidor ixrac edilib. Beləliklə, bu il pomidor ixracı həm dəyər, həm də həcm ifadəsilə təxminən eyni səviyyədə qalıb.
2025-ci ildə Azərbaycandan 192 milyon 470 min dollar dəyərində 172 min 864 ton pomidor ixrac edilib.