2 ay əvvəl dediyi söyüş yadıma düşdü, döydüm

17.06.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda 35 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü kənd sakini İlqar küçədə qohumu Vüsal (adlar şərtidir - red.) ilə qarşılaşıb. 
Bu zaman onun yadına Vüsal tərəfindən məlum hadisədən 2 ay əvvəl təhqir olunması düşüb. O, buna görə qisas niyyəti ilə yumruqla Vüsalın sağ gözaltı nahiyəsinə bir dəfə vurub, ona xəsarətlər yetirib. 
İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İlqarın sözlərinə görə, Vüsal onun bacısı Saranın yoldaşıdır:
“Onunla münasibətlərimiz daimi olaraq qaydasında olub. Təxminən 2 ay əvvəl Vüsal ilə aramızda qardaşının qapısının kənarında dayanaraq dostum ilə söhbət etməyimə narazılıq etməsi səbəbindən sözlə mübahisəm oldu. Lakin həmin zaman biz barışdıq”. 
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həmkəndlisi olan Əhməd adlı şəxsin oğlunun əsgər getmə mərasimindən çıxıb və çayxanaya piyada gedən zaman yolda Vüsal ilə rastlaşıb:
“Onu görən zaman 2 ay əvvəl ünvanıma söydüyü söyüş yadıma düşdü və onun yanına çatan kimi sağ gözaltı nahiyəsinə yumruqla zərbə endirdim. Sonra isə oradan getdim”.
Zərərçəkmiş Vüsal ifadəsində göstərib ki, təxminən məlum hadisədən 2 ay əvvəl İlqar ilə aralarında küçəyə qurduğu kameraya baxaraq ona hansı səbəblə qardaşının qapısının kənarında dayanaraq dostu ilə söhbət etməyinə narazılıq etməsi səbəbi üstündə sözlə mübahisə olub, lakin həmin zaman onlar barışıblar:
“Sonuncu dəfə həmkəndlim Əhmədin oğlunun əsgər getmə mərasimindən çıxdım və çayxanaya gedən zaman yolda İlqarla rastlaşdım. O, yanıma gəldi, mən  elə zənn etdim ki, nəsə deyəcək. Çatan kimi sağ gözaltı nahiyəmə yumruqla zərbə endirdi. İlqar məndən böyük olduğu üçün ona cavab vermədim. Lakin məni səbəbsiz yerə vurmasını qəbul edə bilmədiyim üçün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim”.
Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, onunla barışdığını, şikayəti olmadığını deyib. Təqsirləndirilən şəxs isə əlavə olaraq deyib ki, zərərçəkmişdən baş vermiş hadisəyə görə üzr istəyib, zərərçəkmiş şəxs də onu bu səbəbdən bağışlayıb. 
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью