2 ay əvvəl itkin düşən qız tapıldı YENİLƏNİB

19.08.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Şabranda iyunun 19-dan itkin düşən 17 yaşlı qız tapılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 17 yaşlı Aytən Ömərova Bakı şəhəri ərazisindən tapılaraq ailəsinə təhvil verilib.

***
16 avqust, saat: 10:31

Şabranda yeniyetmə qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova  2025-ci il iyunun 19-da yaşadığı ünvandan Bakı şəhərində yaşayan xalası gilə getmək adı ilə çıxıb gedərək bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью