2 ay Mbappe, 2 ay Yamal

10.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

2 ay Mbappe, 2 ay Yamal

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya La Liqasında dekabr ayının ən yaxşı oyunçusu seçilib.

QOL.az xəbər verir ki, bu barədə Kataloniya klubu sosial şəbəkəsi vasitəsilə məlumat yayıb.

"Barselona" ötən ay İspaniya çempionatında 5 oyunda qələbə qazanıb. Yamal bu görüşlərdə 2 qol vurub.

Qeyd edək ki, noyabrın da ən yaxşı futbolçusu Yamal sayılmışdı.

Oktyabr və sentyabrda isə ayın ən yaxşı futbolçusu “Real”ın hücumçusu Kilian Mbappe seçilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью