2 ayda dövlət büdcəsinə 3 milyard manat vergi yığılıb

24.03.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.

AzPost bildirir ki, bu barədə Vergi Xidmətinin məlumatında deyilir.

Qeyri-neft-qaz sektorundan daxilolmalar milyard 114,1 milyon manatdan çox təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və 122,3 milyon manatdan çox təşkil edib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью