futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona” növbəti transferini tamamlayıb.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi Belçika 2-ci divizionunda mübarizə aparan və “Brügge”nin akademiyası olan NKST klubundan Cessi Bisivunu öz heyətinə qatıb. “Göy-qırmızılar” 18 yaşlı vinger ilə 2031-ci ilin yayına kimi müqavilə bağlayıb.
İnsayder Fabrisio Romanonun verdiyi məlumata görə, İspaniya nəhəngi bu transfer üçün 8,5 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, belçikalılar futbolçunun növbəti satışından 20 faiz pay alacaq.