525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2-ci Dünya müharibəsində iştirak etmiş ən yaşlı döyüşçülərdən biri olan rusiyalı Viktor Xomenko Kanadada dünyasını dəyişib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfirliyi məlumat yayıb.
1917-ci il martın 28-də dünyaya gələn Xomenko müharibə dövründə bir çox ağır döyüşlərdə, o cümlədən, Leninqradadın müdafiəsində iştirak edib, dövlət mükafatlarına layiq görülüb.
Sonradan Kanadaya köçən Xomenko Kanada Veteranlar Assosiasiyasının fəal üzvlərindən biri olub.
Qeyd edək ki, hazırda 2-ci dünya müharibəsinin iştirakçısı olmuş və yaşayan ən yaşlı şəxs rumıniyalı İlie Çokandır. 1913-cü il iyunun 10-da dünyaya gələn Çokan 113 yaşındadır.
L.Tağıyeva