Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan 2-ci Liqasında 3-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 matç baş tutacaq.
"Ağstafa Gəncləri" qoğma meydanda "Dinamo"nu qonaq edəcək. Çempionatın debütantları, ötən mövsüm Region Liqasında final oynayan "Zəngəzur" ilə "Marafon" isə Binədə üz-üzə gələcəklər.
İki turdan sonra "Marafon" 4 xalla 2-ci, "Zəngəzur" isə 3 xalla 7-ci yerdədir.
2-ci Liqa
3-cü tur
13 sentyabr
16:00. “Ağstafa Gəncləri” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Samir Cabbarov, Ağadur Mahmudov, Nəriman Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağstafa şəhər stadionu.
16:00. “Zəngəzur” – “Marafon”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu.