2 ci Liqa: Lider ev sınağına çıxır, mərkəzi oyun Şamaxıda olacaq

20.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan 2-ci Liqasında 4-cü tur başlayır. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış oyunları bölgədə baş tutacaq.

Əvvəlcə lider "Şirvan" evdə "Şəki" ilə qarşılaşacaq. Pərviz Bayramovun baş məşqçisi olduğu komanda qələbə qazansa, zirvədəki mövqeyini daha da möhkəmləndirə bilər. Belə ki, bu gün ən yaxın izləyicisi "Marafon" çempionluğa daha bir namizəd "Ağstafa Gəncləri" üz-üzə gələcəklər. Yarım saat gec start götürəcək qarşılaşma Şamaxıda oynanılacaq.

Qeyd edək ki, tura sabah “Ağdaş” – “Zəngəzur”, “Hypers” – “Dinamo”, “Kür-Araz” – “Difai” və “Qaradağ Lökbatan” – “Şəmkir” oyunları ilə yekun vurulacaq.

Azərbaycan 2-ci Liqası
4-cü tur
20 sentyabr 

15:30. “Şirvan” – “Şəki”
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu. 

16:00. “Marafon” – “Ağstafa Gəncləri”
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 


 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью