2 ci Liqa: Liderdən darmadağın, təqibçisindən inamlı qələbə

23.03.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün 2-ci Liqada 18-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

Lider "Şahdağ Qusar" "Lerik"i 3 cavabsız qolla üstələyib, "Ağdaş" öz meydanında  "Şəki Siti"yə uduzub. "Şəfa" isə Bakıda "Şəmkir" üzərində inamlı qələbə qazanıb.

Turun digər oyunları isə sabah keçiriləcək.

2-ci Liqa
23 mart (bazar)

“Şahdağ Qusar” – “Lerik” 3:0
Qollar: Xəqani Sadıxov, 58; Samir Qurbanov, 67; Vüsal Hüseynov, 90+3
Şamaxı OİK stadionu

“Ağdaş” – “Şəki Siti” 1:3
Qollar: Elvin İsmayılov, 21 - Revazi Otaraşvili, 10; Osman Soltanov, 24 pen; Əli Tağızadə, 90+5
Qırmızı vərəqə: Ülvi Sarıyev, 90+3 ("Ağdaş")
Ağdaş şəhər stadionu

“Şəfa” – “Şəmkir” 3:1
Qollar: Amil Yunanov, 37, 44 pen; Elvin Nəsibov, 87 - Ceyhun Rəcəbli, 41
“ASK Arena”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью