2 ci Liqa: Şəmkir də Şirvan ı dayandıra bilmədi

28.09.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan 2-ci Liqasında 5-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 4 oyun baş tutub.

Günün oyunları məhsuldar alınıb. Belə ki,  4 görüşdə qapılara 23 qol vurulub.

Açılış oyununda debütant "Zəngəzur" "Kür-Araz"a böyük hesabla qalibgəlib. Günün mərkəzi oyunu Şamaxıda təşkil olunub. "Şəmkir" lider "Şirvan"ı qəbul edib. Əvvəlki 4 görüşdə qələbələri sıralayan "Şirvan" qərb təmsilçisi ilə matçda da 3 xal əldə edib.Pərviz Bayramovun baş məşqçisi olduğu komanda bu dəfə əzmkar qələbə qazanıb. 

Bundan başqa, "Şəki" "Hypers" ilə matçda darmadağına məruz qalıb, “Ağstafa Gəncləri” isə “Ağdaş” ilə oyunda 3 xala sevinən tərəf olub.

2-ci Liqa
5-ci tur
28 sentyabr 

“Zəngəzur” – “Kür-Araz” 5:1
Qollar
: R.Voronsov, 46. F.Əhmədov, 53. R.Ağalarov, 55. N.Novruzov, 75. T.Urbatov, 85 - Ü.Cəlilov, 28. 

“Şəki” – “Hypers” 0:5
Qollar
: S.Ağayev, 11. A.Babazadə, 45-pen; 49. T.Hüseynzadə, 62. V Əşrəfli, 68-pen. 

“Şəmkir” – “Şirvan” 2:3
Qollar
: E.Abdullayev, 2. H.Həsənov, 39 - A.Paşayev, 32, 81. A.Yunanov, 82.

“Ağstafa Gəncləri” – “Ağdaş” 4:3
Qollar
: E.Qasımov, 37; 61-pen; 71. E.Namazov, 44 - A.Kərimxanov, 48. S.Ağayev, 85; 86.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью