2 ci Liqa: Şirvan liderliyi ələ keçirə biləcək?

14.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 2-ci Liqasında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tura bu gün yekun vurulacaq.

Turun ikinci günündə 4 matç baş tutacaq.

Günün ilk matçında "Şəki" Zaqatalada "Qaradağ Lökbatan"ı qbul edəcək. Yarım saat gec başlayacaq qarşılaşmalarda isə "Difai" "Ağdaş"ıa, "Şirvan" "Hypers" ilə, "Şəmkir" isə "Kür-Araz" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Marafon" "Zəngəzur"u 4:2, "Ağstafa Gəncləri" isə "Dinamo"nu 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan 2-ci Liqası
3-cü tur
14 sentyabr 

“Şəki” – “Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Difai” – “Ağdaş”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
"Palms Sports Futbol Mərkəzi" (IV meydança), 16:00

“Şirvan” – “Hypers”
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu, 16:00

“Şəmkir” – “Kür-Araz”
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью