2 ci liqada 10 cu tur başa çatır

10.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2-ci liqada 10-cu tur başa çatır

Bu gün Azərbaycan 2-ci liqasında 10-cu tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 3 matç keçiriləcək.

"Difai" "Zəngəzur"u, "Şəki" "Dinamo"nu, "Şirvan" isə "Marafon"u qəbul edəcək.

Qeyd edək ki, "Şirvan" - "Marafon" matçının ötən gün oynanılması planlaşdırılsa da, görüş əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

10 noyabr (çərşənbə axşamı)

14:00.“Difai” – “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
“Palms Sports Futbol Mərkəzi” (IV meydança)

15:00. “Şəki” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Zaqatala OİK stadionu

15:00. “Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Şirvan OİK stadionu

8 noyabr (bazar)

“Şəmkir” – “Ağstafa Gəncləri” - 0:1

9 noyabr (bazar ertəsi)

“Hypers” – “Kür-Araz” - 4:0

“Qaradağ Lökbatan” – “Ağdaş” - 5:0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью