2 ci Liqanın bombardiri bu kluba keçir

08.07.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Ötən mövsüm "Şəmkir"in forması ilə 31 qol vuraraq 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun yeni iş yeri müəyyənləşmək üzrədir.

Bu barədə Fanat.Az-a futbolçunun özü məlumat verib. 

Qərb təmsilçisindən ayrılan forvard digər 2-ci Liqa təmsilçisi "Quba" ilə danışıq aparır. Tərəflər indilik müqailə şərtləri ilə bağlı tam razılığa gəlməsələr də, bunun baş vermək ehtimalı az deyil.

Xatırladaq ki, ötən mövsüm "Haypers Quba" adı ilə çıxış edən Quba təmsilçisi çempionatı 51 xalla 4-cü, "Şəmkir" isə 50 xalla 5-ci yerdə başa vurub. "Haypers Quba" 1-ci Liqa klubu "Difai"yə pley-off matçında uduzaraq 2-ci Liqada qalıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью