Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Bunu Fanat.Az-a açıqlamasında Vidadinin özü deyib: "Əslində, variantlar çox idi. Bir neçə klub maraqlanırdı.
Məni heyətində görmək istəyən komandaların adlarını açıqlamaq düzgün alınmaz. Çünki artıq seçimimi etmişəm.
Yeni mövsümə "Quba"da başlayacağım dəqiqləşib. Düzdür, hələ müqavilə bağlamamışam, amma razılığa gəlmişik.
Yaxın günlərdə hər şey rəsmiləşəcək. 1 illik müqavilə bağlayacağıq". Nihat Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.