Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 iyul, AZƏRTAC
Cari ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 29 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 17, ixracı üzrə 9 və tranziti üzrə 3 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.