2 ci sinif şagirdinə təcavüz etdilər Məktəbdən aldadıb aparıblarmış

16.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusarda 2-ci sinif şagirdi olan oğlan uşağı təcavüzə məruz qalıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonunun Piral kəndi ərazisində baş verib. Kənd sakini olan 2008-ci il təvəllüdlü şəxs orta məktəbdən ikinci sinif şagirdi olan oğlanı aldadaraq kəndin kənarındakı əraziyə aparıb. 17 yaşlı yeniyetmə orada azyaşlıya təcavüz edib.

Məsələ ilə bağlı uşaq ailə üzvlərinə məlumat verib və polis araşdırmalara başlayıb. 17 yaşlı oğlan polisə çağırılaraq izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью