Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İki dəfə zəlzələ zamanı həyatımı pişik xilas edib".
Milli.Az xəbər verir ki, bu barədə "Beyaz"ın (Beyazıt Öztürk) verilişində maraqlı etiraf səsləndirilib.
Bildirilir ki, hadisə evinin qapısının qarşısında bir pişiyin balalaması ilə başlayıb. Həmin vaxt yalnız bir balanı xilas etmək mümkün olub və ona "Gözəl" adı verilib.
Sahibi danışır ki, pişik üçün xüsusi yuva düzəldib və onun hər gün müəyyən saatlarda gəlib-getmə vərdişi olub. Lakin zəlzələ baş verən gecə vəziyyət fərqli olub. Pişik gecə saat 12-dən səhər 4-ə qədər qapının ağzında dayanmadan miyoldayıb.
"Hava çox soyuq idi, onu çölə buraxa bilməzdim. Elə bilirdim çölə çıxmaq istəyir. Amma bütün gecə məni yatmağa qoymadı".
Məhz bu səbəbdən zəlzələ anında yuxuda olmadığını bildirən şəxs özünü şanslı hesab edir. Onun sözlərinə görə, əgər pişik həmin gecə bu qədər narahatlıq yaratmasaydı, zəlzələ zamanı yuxuda olacaqdı.
Daha ətraflı videomaterialda:
Milli.Az