2 dəqiq zərbə, 2 qol, 2 qələbə

19.08.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Trabzonspor"dan inanılmaz səmərəlilik.

Fanat.Az xəbər verir ki, “Trabzonspor” Super Liqanın ilk iki həftəsində rəqib qapısına cəmi iki dəqiq zərbə endirib.

Maraqlıdır ki, hər iki zərbə qol olub və bu qollar komandanın iki qələbə qazanmasına kifayət edib.

İlk dəqiq zərbə – Paul Onaçuunun “Kocaelispor”a vurduğu qol

İkinci dəqiq zərbə – Felipe Aqustonun “Kasımpaşa”ya vurduğu qol

Beləliklə, “Trabzonspor” az zərbə ilə maksimum nəticə əldə edərək mövsümə uğurlu start verib.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью