futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Karvan-Yevlax” Premyer Liqada II dövrəni bir qələbə ilə başa vuran yeganə kollektivdir.
6 xalla turnir cədvəlinin sonuncusu – 12-cisi olan bölgə təmsilçisi 16 turda 12 dəfə uduzub, 3 dəfə heç-heçə edib. Rəqib qapılarına 12 qol vuran yevlaxlılar 34-nü də buraxıb.
Mövsümə Azər Həşimovun rəhbərliyi altında başlayan komanda çempionatda yeganə qələbəsini də məhz ikinci turda “Kəpəz”lə oyunda qazanıb – 3:2. Yevlax klubu bu mövsüm ümumilikdə bütün rəsmi oyunlar daxil olmaqla iki qələbə qazanıb. Digər qalibiyyət kubokda II Liqa təmsilçisi “Sheki City”ə qarşı olub.
Uğursuz nəticələrə görə Həşimovla qeyri-rəsmi vidalaşan “Karvan-Yevlax”ı Füzuli Məmmədov çalışdırır. Komanda onun rəhbərliyi altında da uğursuzluğa son verə bilmir. Kubokla “Qarabağ”a uduzaraq vidalaşan bölgə təmsilçisi liqada mütəxəssisin başçılığı altında bir xal qazanıb.
Şahin Cəfərov