2 fevral Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

02.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 fevral, AZƏRTAC

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd olunduğunu bildirərək, dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar. Qeyd olunub ki, həmin siyasət hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bayram tədbirləri çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı mədəni proqramlarla çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью