2 güləşçimiz Rusiyada 3 cü olub

20.05.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu günlərdə Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ənənəvi yarışda milli komandamızın üzvləri də iştirak ediblər. Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) çıxışlarını üçüncü pillədə başa vuraraq, bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью