Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aparıcı Elgiz Əkbər tələbəlik illərində yaşadığı çətinliklərdən danışıb.
Axşam.az xəbər verir ki, o, “Şadlıq olsun” yutub layihəsində günlərlə ac qaldığını bildirib:
"Ac qalmağın dəhşətini ola bilər ki, bəzi vətəndaşlar yaşamayıb. Mən olurdu ki, tələbə vaxtı 2 gün ac qalırdım, amma heç kimə əyilmirdim. Kartofu duzlayıb yeyirdim. O vaxt vəziyyət çətin idi. İnsanların çoxu belə yaşayırdı. Elə olurdu ki, heç duz da tapılmırdı. Bunu yaşamayanlar, dilinizi iki metr uzatmayın".