2 gün əvvəl qəzaya düşmüşdü Xəstəxanada öldü

25.09.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Zərdabda 2 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Ülvi Azəri müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sentyabrın 23-də rayon ərazisində Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Ü. Azərinin idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью