“2 gün mən, 2 gün də saxta həkimlər…” Qənirə Ataşova açıqladı KONKRET

25.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Saxta həkimlərə qarşı genişmiqyaslı hücuma keçən ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bir həftənin içində ikinci dəfə bağlanıb.

KONKRET.az xəbər verir ki, “shownews.az”-a açıqlama verən jurnalist narahat olmadığını bildirib:

“2-3 günlükdür. 2 gün mən, 2 gün də qoy saxta həkimlər istirahət etsin. Mən missiyamdan dönməyəcəyəm. Yenə başlayacağam, yenə davam edəcəyəm”.

Qeyd edək ki, saxta həkimləri ifşa edən jurnalistin sosial media hesablarına hücumlar olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью