2 hakimimiz UEFA Avropa oyununa təyinat alıb

04.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın FIFA referiləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının oyunlarına təyinat alıblar. 35 yaşlı Məsiyev Belçikada yerli “Anderlext” və Avstriyanın “Zaltsburq” komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

39 yaşlı hakim Əliyar Ağayev isə İspaniyada yerli “Selta” və Belçikanın “Yunion” komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Xatırladaq ki, hər 2 oyun oktyabrın 5-də keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью