2 il əvvəl yaranan şirkət AYNA dan 110,4 milyon manatlıq sifariş alıb

22.06.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “STP-Btech” MMC (VÖEN – 2907446991) olub.
“STP-Btech” MMC AYNA-nın sifarişi əsasında respublika ərazisində yollarda nişanlanma işlərini həyata keçirəcək və qarşılığında 29 milyon 420 min 871 manat 43 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 2 milyon 400 min manat olan “STP-Btech” MMC 2024-cü il martın 14-də dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Texno-Park ərazisində yerləşir. Şirkətin qanuni təmsilçisi Emre Yalcındır.
Məlumat üçün bildirək ki, “STP-Btech” MMC bu günə qədər yalnız AYNA-nın keçirdiyi tender müsabiqələrində qalib olub. MMC ilk dəfə dövlət qeydiyyatına alındıqdan 6 ay sonra – 2024-cü ilin sentyabr ayında AYNA ilə 3 milyon 669 min 345 manat 11 qəpik dəyərində satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə tender müsabiqəsi keçirilmədən bağlanılıb.
2025-ci ildə isə AYNA tender müsabiqəsi keçirmədən “STP-Btech” MMC ilə daha 4 müqavilə bağlayıb və bu müqavilələrin ümumi dəyəri 77,3 milyon manat olub.
Beləliklə, “STP-Btech” MMC dövlət qeydiyyatına alındıqdan sonra AYNA ilə bağladığı müqavilələrin ümumi dəyəri 110 milyon 400 min 30 manat 94 qəpik təşkil edib.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью