Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Uttar-Pradeş əyalətində 23 yaşlı qadın 67 yaşlı qayınatasının cinsiyyət orqanını bıçaqla kəsib.
"Cebheinfo.az" xəbər verir ki, polis tərəfindən saxlanılan qadın ifadəsində son iki il ərzində qayınatasının onu dəfələrlə cinsi zorakılığa məruz qoyduğunu bildirib. Onun sözlərinə görə, qayınatası xüsusilə həyat yoldaşı evdə olmadığı vaxtlarda ona təcavüz edib.
Hadisə zamanı yaşlı kişinin kömək çağırışlarını eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ağır yaralanan kişini xəstəxanaya çatdırıb, qadını isə saxlayıblar.
Polis həm qadının cinsi zorakılıq iddialarını, həm də baş vermiş hadisəni hərtərəfli araşdırdığını bildirib. Qeyd olunub ki, qadının səsləndirdiyi iddialar hələlik müstəqil orqanlar tərəfindən təsdiqlənməyib. Faktla bağlı istintaq və hüquqi araşdırma davam edir.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin