Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobil sənayesində böyük çevriliş edəcək "SkyDrive" şirkətinin hazırladığı "SD-05" modelli uçan maşın 2028-ci ildə kommersiya fəaliyyətinə başlayacaq. Yaponiyada həyata keçirilən nümayiş uçuşu ilə bu texnologiya bir daha geniş ictimaiyyətə təqdim olunub.
Demokrat.az xəbər verir ki, elektrikli şaquli qalxma və enmə qabiliyyətinə malik hava nəqliyyat vasitəsinin sınaq prosesi planlaşdırılan şəkildə davam edir. Şirkət lazımi sertifikatlar alındıqdan sonra rəsmi fəaliyyətə başlamağı hədəfləyir. Paytaxt Tokioda reallaşan ilk uçuş zamanı aparat 3,5 dəqiqə ərzində Tokio körfəzi üzərində dövr edib.
"SkyDrive" rəhbəri Fukuzava Tomohiro yeni texnologiyanın taksi ilə müqayisədə səyahət sürətini 4-5 dəfə artıracağına inandığını bildirib. Batareya ilə işləyən, 12 pərvanəli və üç nəfərlik oturma tutumuna malik olan "SD-05" modeli maksimum 40 kilometr məsafə qət edə bilir. Şirkət 2028-ci ildə ölkənin müəyyən bölgələrində bu uçan maşınlarla xidmət göstərməyi planlaşdırır.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, elektrikli şaquli qalxma və enmə qabiliyyətinə malik hava nəqliyyat vasitəsinin sınaq prosesi planlaşdırılan şəkildə davam edir. Şirkət lazımi sertifikatlar alındıqdan sonra rəsmi fəaliyyətə başlamağı hədəfləyir. Paytaxt Tokioda reallaşan ilk uçuş zamanı aparat 3,5 dəqiqə ərzində Tokio körfəzi üzərində dövr edib.