Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Argentinalı futbolçu Mauro İkardi ilə model və teleaparıcı Vanda Naranın boşanma prosesi başa çatıb.
Axşam.az xəbər verir ki, cütlük oktyabrın 8-də məhkəmə qərarı ilə rəsmən boşanıb. İkardi sosial şəbəkə hesabında bununla bağlı açıqlama yayıb.
Futbolçu bildirib ki, Milan məhkəməsi nikahlarının sona çatması barədə qərar qəbul edib. O, məhkəmənin Vanda Naranın aylıq 250 min avro aliment tələbi ilə yanaşı, kompensasiya tələbini də rədd etdiyini açıqlayıb.
Qərarda Naranın ailə həyatı və iki azyaşlı qızının ehtiyacları səbəbindən sənət karyerasından imtina etməyə məcbur qaldığı barədə iddiasının sübuta yetirilmədiyi bildirilib. Məhkəmə, əksinə, onun tanınmasının İkardi ilə evliliyindən sonra artdığını və peşəkar fəaliyyətinin həmin dövrdə genişləndiyini qeyd edib.
Qeyd edək ki, cütlüyün boşanma prosesi 2024-cü ilin noyabrında İtaliyada başlayıb.