2 ilə 120 min yumurta oğurlamışdı, ələ keçdi

05.06.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Almaniyada məhkəmə 2 il müddətində 120 min yumurta oğurlayan şəxsə hökm çıxarıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat Aşağı Saksoniya əyalətində verib.

46 yaşlı alman kişi hər həftə Dinklaqdakı fermanın topdansatışına gələrək içərisində mindən çox yumurta olan 6 qutunu götürüb. Hər dəfə də satıcıya rəhbərliyin göstəriş verdiyini bildirib. Dələduzluğun üstü yoxlanış zamanı açılıb. Məlum olub ki, yumurtaların sayında ciddi çatışmazlıq var. Dələduz oğrunun topdansatışa vurduğu ziyan 22417 avro olub.

Qeyd edək ki, müttəhim məhkəmədə əməli ilə bağlı ona verilən sualları cavabsız qoyub. Üstəlik, onun əvvəllər də dələduzluq etdiyi bildirilir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью