2 kiloqram narkotik, tapança və tüfəng götürülüb

13.10.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 12-də Azərbaycanda polis əməkdaşları tərəfindən 2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Azpost.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram olan narkotik vasitə aşkarlanıb.

Bundan başqa, həmin gün paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat da aşkar edilərək götürülüb. Əməliyyatlar zamanı 1 tapança, 1 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 30 patron müsadirə olunub.

DİN-dən qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da mübarizə tədbirləri davam etdirilir.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью