2 komandaya texniki məğlubiyyət verildi

05.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью