2 marafonçu yarış zamanı həyatını itirdi

15.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərədə keçirilən "Great North Run" yarımmarafon yarışında 25 yaşlı 2 kişi həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb.

Nyukasl upon Tyne - South Shields marşrutu üzrə keçirilən marafonun gedişində gənclər huşlarını itiriblər. Xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb. Marafonçuların ölüm səbəbləri barədə məlumat verilmir. Təşkilatçılar mərhumların ailəsinə dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, "Great North Run" 45 ildir keçirilir. 63 min idmançının qatıldığı bu ilki yürüşdə Böyük Britaniyanın baş naziri Endi Bernem də iştirak edib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью