2 mərtəbəli şadlıq evini 323 min manata alan olmadı Qiymət 247 minə düşürülüb

25.11.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən “Orxan” şadlıq sarayının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt ilk hərracda satılmayıb.
Qeyd edək ki, 2 mərtəbədən ibarət obyektin sahəsi 1 197,7 kvadratmetrdir. 8 otaqdan ibarət olan obyektin minimum satış qiyməti ilk hərracda 323 min manat olsa da, obyekt satılmayıb. Dekabr ayında keçiriləcək növbəti hərracda qeyri-yaşayış binası 247 min manatdan alıcılara təqdim ediləcək.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью