Icma.az, Cebheinfo saytına istinadən bildirir. Ötən gün paytaxt Bakı da daxil olmaqla Azərbaycana qar yağıb.
Paytaxtda qar yağması qısa müddət davam etsə də, bölgələrdə qarlı hava şəraiti hazırda da davam edir.
“Cebheinfo.az” xəbər verir ki, Lerik rayonunda intensiv qar yağması nəticəsində qar örtüyünün hündürlüyü bəzi kəndlərdə 2 metri ötüb.
Rayonun Rəzgöv kəndində qarın hündürlüyü 2 metr 20 santimetrə çatıb.
Vamazğon kəndində qarın qalınlığı 89 santimetr, Vistən və Nuravud kəndlərində isə 2 metr ölçülüb.
Digər yaşayış məntəqələrində də vəziyyət oxşardır. Boykəndil kəndində qarın hündürlüyü 1 metr, Monidigah kəndində 1 metr 60 sm, Şinəbənd və
Güclü qar yağması və əlverişsiz hava şəraiti səbəbindən rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Aidiyyəti qurumların əməkdaşları nasazlıqların aradan qaldırılması və yolların açılması istiqamətində işləri davam etdirirlər.