2 milyon manatlıq istiqraz 18 aylıq müddət, 16% gəlirlilik abunə başlayır

30.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

“MJ Finance BOKT” ASC-nin 2 milyon manat həcmində istiqrazları kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, BFB-nin Listinq Komitəsinin 30 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

İstiqrazlara abunə yazılışı 2 oktyabr 2026-cı il tarixində başlayacaq və 16 oktyabr 2026-cı il tarixində başa çatacaq.

AZ2003023168 ISIN kodlu istiqrazların yerləşdirilməsinə isə 19 oktyabr 2026-cı il tarixində başlanılacaq.

İllik gəlirlilik 16%-dir

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılacaq.

İstiqrazların ümumi buraxılış həcmi 2 milyon manat təşkil edir. İstiqrazlar üzrə illik gəlirlilik faizi 16% müəyyən edilib.

Faiz ödənişləri hər ayda bir dəfə həyata keçiriləcək. Hesablamada hər ayın 30 gün olduğu qəbul ediləcək.

İstiqrazların tədavül müddəti 18 aydır. Buraxılış üzrə əsas anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, digər anderrayter isə “Troni İnvestisiya Şirkəti” QSC-dir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью