2 milyon xəstəni araşdırdılar Bu əməliyyatdan hər adam sağ çıxa bilmir

01.02.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni genişmiqyaslı araşdırma göstərib ki, ürək damarlarında aparılan şuntlama əməliyyatlarının uzunmüddətli nəticələri xəstənin yaşına görə dəyişir. Tədqiqat ABŞ-də 15 ildən çox müddəti əhatə edən rəsmi tibbi məlumatlar əsasında aparılıb və 2026-cı ildə Torakal Cərrahlar Cəmiyyətinin illik toplantısında təqdim olunub.
Demokrat.az xəbər verir ki, araşdırmada 2008–2023-cü illər ərzində şuntlama əməliyyatı keçirən 2 milyondan çox xəstənin məlumatları təhlil edilib. Onlardan 172 mindən çoxuna bir neçə arteriyadan istifadə olunmaqla şuntlama əməliyyatı aparılıb.
Alimlər iki əsas əməliyyat üsulunu müqayisə ediblər. Birinci üsulda ürək üçün iki döş arteriyasından istifadə olunur. İkinci üsulda isə bir döş arteriyası və qoldan götürülən radial arteriya tətbiq edilir. Ümumilikdə hər iki üsulun uzunmüddətli sağqalma baxımından oxşar nəticə verdiyi müəyyən edilib. Lakin yaş qrupları üzrə fərqlər ortaya çıxıb.
Nəticələrə görə, 60 yaşdan aşağı xəstələrdə iki döş arteriyası ilə aparılan əməliyyat daha yaxşı nəticə verib. 70 yaşdan yuxarı xəstələrdə isə döş arteriyası və radial arteriyanın birlikdə istifadə olunduğu üsul daha aşağı ölüm riski ilə seçilib. İlk illərdə ikinci üsul üstünlük göstərsə də, uzun müddətdə birinci üsulun təsiri artıb.
Araşdırma həmçinin göstərib ki, əməliyyat zamanı iki deyil, üç arterial damar istifadə edildikdə sağqalma göstəriciləri daha da yaxşılaşır.
Ekspertlər bildirirlər ki, ABŞ-da son on ildə çoxarteriyalı şuntlama əməliyyatları daha geniş tətbiq olunmağa başlayıb. Bu əməliyyatların payı təxminən 9 faizdən 16 faizdən çox səviyyəyə yüksəlib.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, şuntlama əməliyyatı hamı üçün eyni üsulla aparılmamalıdır. Ən uyğun metod seçilərkən xəstənin yaşı və ümumi sağlamlıq vəziyyəti əsas rol oynamalıdır.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью