Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2005-ci ildə karyerasını başa vurmuş Mayk Taysonun bokçu olmağa qərar vermiş keçmiş videobloger Ceyk Polla qarşılaşacağı tarix məlum olub.
Yeniavaz.com xəbər verir ki, kritik qarşılaşma 16 noyabr şənbə günü Bakı vaxtı ilə saat 05.00-də başlayacaq və “Netflix”də yayımlanacaq.
Görüş hər biri iki dəqiqə olmaqla səkkiz raunddan ibarət olacaq.
Boks dünyasının səbirsizliklə gözlədiyi qarşılaşmada iki idmançı 80 milyon dolları bölüşəcək.
ABŞ Milli Futbol Liqası komandalarından biri olan “Dallas Kovboys”un 80 min tutumlu AT&T stadionunda keçiriləck boks matçının rinq ətrafındakı biletləri 10 minlə 50 min dollar aralığında satılır.
Digər tərəfdən, boks tarixinin ən bahalı bileti də bu görüş üçün satışa çıxarılıb.
Belə ki, rinqdən 1,8 metr məsafədə yerləşən iki oturacağın hər birinə iki milyon dollar qiymət qoyulub.