Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astronomlar yerə yaxın asteroidlərin sayının sürətlə artdığını bildirirlər. Hazırda 42 mindən çox belə asteroid qeydə alınıb.
Moderator.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, 2 mindən çox asteroid üçün növbəti 100 il ərzində yerə toqquşma ehtimalı tam sıfır hesab edilmir. Lakin onların əksəriyyəti kiçikdir və ciddi təhlükə yaratmır.
Yerə yaxın asteroidlərin ölçüsü bir neçə metrdən bir neçə kilometrədək dəyişir. Alimlər xüsusilə diametri 100–300 metr olan obyektlərə diqqət yetirirlər. Çünki belə asteroidlər yerə çırpılacağı halda regional miqyasda ciddi dağıntılara səbəb ola bilər.
Diametri bir kilometrdən böyük asteroidlərin isə böyük əksəriyyətinin artıq aşkarlandığı bildirilir.
Asteroid aşkar edildikdən sonra onun orbiti xüsusi proqramlarla hesablanır və mümkün toqquşma riski illər, hətta onilliklər əvvəlcədən qiymətləndirilir. Yeni müşahidələr əldə olunduqca bu ehtimallar dəqiqləşdirilir.