Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda 30 yaşlı kişi dəm qazından boğulub.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Noyabrın 10-u saat 03 radələrində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Oxşar hadisə Biləsuvarda da baş verib. 1960-cı il təvəllüdlü Arif Xıdır oğlu Şirinov yaşadığı Biləsuvar şəhəri M.Ə.Sabir küçəsindəki evin hamam otağından dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin