2 nəfər müvazinətini itirərək hündürlükdən betonun üzərinə yıxılıb VİDEO

17.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

2 nəfər müvazinətini itirərək hündürlükdən betonun üzərinə yıxılıb - VİDEO

Bayrampaşada gecə saatlarında iş yerinin məftillə əhatə olunmuş divarına naqillərin qopması nəticəsində 2 nəfər müvazinətini itirərək təxminən 10 metr hündürlükdən beton döşəməyə yıxılaraq həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 01:15 radələrində Bayrampaşa Altıntepsi Məhəlləsində baş verib.

İddialara görə, hələlik şəxsiyyətləri məlum olmayan iki kişi iş yerinin naqilli divarında oturarkən naqillər qırıldıqdan sonra müvazinətini itirərək yerə yıxılıb.

Təxminən 10 metr yüksəklikdən beton yerə çırpılaraq qan içində olan insanları görən vətəndaşların həmin anları cib telefonu ilə qeydə alıblar.

Hadisədən sonra əraziyə polis və tibb qrupları göndərilib. Sağlamlıq qrupları edilən müdaxilənin ardından hər iki şəxsin həyatını itirdiyini təyin etdi.

Polis qrupları hadisənin baş verdiyi ərazini mühasirəyə alaraq təhlükəsizlik tədbirləri görüb. Həyatını itirən iki nəfərin cəsədi məmurlar tərəfindən Ədliyyə Tibb Morquna aparılıb.

Polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatdı.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью