2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü

28.08.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oxşar hadisə paytaxtın Sabunçu rayonunda da baş verib.

Avqustun 26-sı saat 18 radələrində 1990-cı il təvəllüdlü Əlabbas Səməndər oğlu Niftalıyev Ramana qəsəbəsinin ərazisində kamera quraşdırarkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya çatdırılan 36 yaşlı şəxs orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью