2 oyun uduzduq, 2 pillə geri getdik FİFA reytinqi

03.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprel ayının reytinqinə əsasən, Azərbaycan milli komandası 1150,64 xalla 119-cu yerdə qərarlaşıb.

Yığmamız əvvəlki sıralama ilə müqayisədə 2 pillə geriləyib.

Siyahıya 1886.16 xalla Argentina liderlik edir. İspaniya 1854.64 xalla 2-cidir.

Azərbaycanın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa 1852.71 xalla 3-cü, Ukrayna 1559.81 xalla 25-ci, İslandiya isə 1336.55 xalla 74-cüdür.

Qeyd edək ki, Azərbaycan millisi mart ayında Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью