2 qardaş öldürüldü

08.06.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Mersin bölgəsində baş verən silahlı toqquşmada iki qardaş öldürülüb.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 18:30-da Tarsus şəhərinin Yenice məhəlləsində iki düşmən qrup arasında küçənin ortasında başlayan mübahisə qısa zamanda silahlı toqquşmaya çevrilib.

Tərəflərin tapançadan atəş açdıqları insidentdə Həsən Polat (48) və qardaşı Yalçın Polat (42 ) ağır xəsarətlərlə xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı daha 4 nəfərin yaralandığı bildirilir.

Yerli asayiş keşikçiləri hadisəni törədənlərin tutulması istiqamətində fəaliyyətə başlayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью