2 qələbə, 4 heç heçə

03.03.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXII turuna yekun vurulub.

“Turan Tovuz” “İmişli” ilə qarşılaşıb. “Azərsun Arena”da baş tutan görüşdə qapılara qol vurulmayıb. Bu nəticədən sonra “Turan Tovuz” hazırda 41 xalla üçüncü pillədə qərarlaşıb. 21 xala malik “İmişli” 9-cu yerdədir.

Turun mərkəzi qarşılaşmasında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la üz-üzə gəlib. Gərgin keçən oyun 3:3 hesabıyla başa çatıb. Hazırda turnir cədvəlinə 22 oyundan 53 xal toplayan “Sabah” başçılıq edir. Liderdən 1 oyun az keçirən “Qarabağ” 46 xalla 2-ci pillədədir.

Xəbər verdiyimiz kimi, turun daha əvvəl keçirilmiş matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью